» » Sıla polisə şikayət edib

Sıla polisə şikayət edib

Sıla polisə şikayət edib
Sıla polisə şikayət edib

Türk müğənni Sıla Gençoğlu bir nəfərin onun adından istifadə edərək restoran sahibindən 25 min lirə (təxminən 12500 manat) aldığını iddia edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali adlı şəxs restoranlardan birinə yaxınlaşaraq Sılanın meneceri olduğunu iddia edib və orada səhnəyə çıxması qarşılığında 25 min lirə pul alıb.

Məsələdən xəbər tutan ifaçı, həmin şəxs barəsində polis şikayət edib. Daha sonra İstanbul məhkəməsində Ali adlı şəxs haqqında iddianamə hazırlanıb və 5 il həbs cəzası tələb edilib. Lakin, şübhəli şəxs iddiaları qəbul etməyib.

Məhkəmə prosesi yaxın günlərdə baş tutacaq.