» » 8 ayda 39 kiloqram arıqladı - (FOTO)

8 ayda 39 kiloqram arıqladı - (FOTO)

8 ayda 39 kiloqram arıqladı - (FOTO)
8 ayda 39 kiloqram arıqladı - fotolar

Serial və teatr aktrisası Gülnihal Dəmir mədə əməliyyatı keçirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 50 yaşından sonra aktrisalığa başlayan və "Dondurmam Gaymak", "Mandıra Filozofu", "Deliha" filmləri ilə, "Çocuklar Duymasın", "Zengin Kız Fakir Oğlan" serialı ilə tanınan aktrisa 62 yaşında cərrahiyə masasına uzanıb.

Əməliyyata 126 kiloqram çəkiylə girən Dəmir 8 ay yarımlıq bir müddətdə 39 kiloqram arıqlayıb. 87 kiloqram olan sənətçi cavanlığında çox arıq olduğunu, hətta 48 kiloqrama kimi düşdüyünü deyib. O, daha sonra çoxlu siqaret çəkdiyi üçün ifrat kökəldiyini bildirib.

Uzun illər bankda işləyən, daha sonra pensiyaya çıxaraq 7 il boyunca xəstə anasına baxan aktrisa belə deyib:

"Sosial həyatım bitmişdi. Bütün bunlar da kökəlməmə səbəb oldu. Aktyor oğlum Yiğit Dörenin israrı ilə xəstəxanaya getdim. Həkimlə söhbətdən 10 dəqiqə sonra əməliyyata razılaşdım. İndi rahatam, hərəkətliliyim artıb, psixologiyam yerindədir. Yenidən dünyaya gəlmişəm, hətta sevgi filmlərində çəkilə bilərəm".

8 ayda 39 kiloqram arıqladı - (FOTO)

8 ayda 39 kiloqram arıqladı - (FOTO)

8 ayda 39 kiloqram arıqladı - (FOTO)