» » Adel ikinci dəfə ana olmaqdan qorxur

Adel ikinci dəfə ana olmaqdan qorxur

Adel ikinci dəfə ana olmaqdan qorxur
Adel ikinci dəfə ana olmaqdan qorxur

Müğənni Adel birinci övladı dünyaya gəldikdən sonra böyük depressiyadan əziyyət çəkdiyini deyib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, “Vanity Fair” jurnalına danışan ifaçı depressiyadan qorxduğu üçün ikinci dəfə ana olmaq istəmədiyini söyləyib.

Depressiya eleyhinə dərmanlar qəbul etmədiyini vurğulayan sənətçi çətinlikdə bunun öhdəsindən gəldiyini gizlətməyib:

“Ərim mənə təklif etdi ki, yeni ana olmuş qadınlarla ünsiyyət saxlayım. Amma mən ona bu addımı atmayacağımı söylədim. Daha sonra qərar verdim ki, hər həftə uşaq olmadan öz istədiklərimi etmək üçün zaman ayırım. Rəfiqəm məni çox qınadı və övladımı düşünməməkdə ittiham etdi. O soruşdu ki, bu sənə əzab vermir? Cavabında dedim ki, verir, amma o qədər də güclü şəkildə yox. Çünki sən o vaxt yaxşı ana olursan ki, özünə daha çox diqqət ayırırsan”.