» » Əməkdar artistin qızı: "Anam onkoloji xəstə deyil"

Əməkdar artistin qızı: "Anam onkoloji xəstə deyil"

Əməkdar artistin qızı: "Anam onkoloji xəstə deyil"
Əməkdar artistin qızı: "Anam onkoloji xəstə deyil" Əməkdar artist Gülbahar Şükürlünün onkoloji xəstəlikdən əziyyət çəkməsi haqqında xəbər yayılıb.

Ucarliyiq.biz xəbər verir ki, Gülbahar Şükürlünün qızı Teleqraf.com-a açıqlamasında yayılan məlumatı əssasız adlandırıb:

“Anam hazırda Bakıda deyil. İldə iki dəfə müayinədən keçir. Bu o demək deyil ki, onkoloji xəstədir. Çox şükür, heç bir problem yoxdur. Analizlərin də nəticəsi yaxşıdır. Tanınmış insan olduğuna görə xəstəxanaya gedəndə görüblər, ona görə də bu şayiə yayılıb”.