» » Tolik “Azərişığ”ı biabır etdi - "Əsəblərim tarıma çəkilib"

Tolik “Azərişığ”ı biabır etdi - "Əsəblərim tarıma çəkilib"

Tolik “Azərişığ”ı biabır etdi - "Əsəblərim tarıma çəkilib"
Tolik “Azərişığ”ı biabır etdi - "Əsəblərim tarıma çəkilib" Prodüser Tarix Əliyev (Tolik) “Azərişıq" ASC-ni tənqid edib.

Ucarliyiq.biz - in məlumatına görə, Tolik bildirib ki, yaşadığı Xırdalan şəhərində tez-tez işıqlar söndürülür:

“Mən Xırdalanda ən yaxşı yaşayış kompleksində qalıram. Xırdalana köçəndən mənim əsəblərim tarıma çəkilib. “Azərişıq” hara baxır bilmirəm.

Görmüşəm ki, işıq ayda bir, ya iki dəfə sönər. Həftədə üç dəfə işığı kəsməzlər. Bəsdirin, pulları yeyib, ucuz kabellərdən istifadə etdiniz. İki gündən bir "Xırdalanda filan yerdə işıq partlayıb" deyirsiniz. Biz camaat neyləyək? Ayaqyoluna getməyək, əl-üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizdə yoxdur. Qabaqdan qış gəlir. İki gün yağış yağdı Xırdalanı su apardı, işıqlar kəsildi. Az qaldı dünyanın axırı çatsın. Daha susmayacam, belə hallar olanda yazacam”.