» » Sevda Sanalıyeva ağladı: Allah mənə övlad verib, anamı aldı - VİDEO

Sevda Sanalıyeva ağladı: Allah mənə övlad verib, anamı aldı - VİDEO

Sevda Sanalıyeva ağladı: Allah mənə övlad verib, anamı aldı - VİDEO

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Sevda Sanalıyeva həyatından söz açıb.

ucarliyiq.biz - in axşam.az-a istinadla məlumatına görə, ifaçı anasının onun üçün çəkdiyi çətinlikləri xatırladıb:

“Özümü tanıyandan çətinliklər görmüşəm. Onların müqabilində Allah mənə bu günü mükafat kimi bəxş edib. Yenidən doğulub, o çətinlikləri yaşamağa hazıram. Çünki həyatımdan çox razıyam. 

Anam çox zəhmətkeş olub, dincəlmək bilməyib. Bizə görə 2 növbə işləyib, canını dişinə qatıb. Bizim heç nəyə möhtac olmamağımız üçün hər şey edib. Artıq müəyyən zaman sonra bu qrafik onun səhətində problemlər yaratmağa başladı. 1 il 4 aydır anam vəfat edib. İndiki xoşbəxtliyimi anam görmədi”.

S.Sanalıyeva övladından danışıb, göz yaşlarını saxlaya bilməyib:

“İllərlə övlad istəyi ilə alışıb-yanırdım. Övladım olduqdan 40 gün sonra anam vəfat etdi. Hamiləliyimin ilk aylarında anamın vəziyyəti pisləşməyə başladı. Bunun səbəbini onda görürəm ki, anam iki dəfə dua etdi. Dedi ki, Allahım, mənim balama bala ver, mənim canımı al. Çox pis olmuşdum. Anam getdi və mənim övladım oldu. Düşünürəm ki, Allah mənə övlad verib, anamı aldı”.