» » Ledi Qaqadan yeni rekord

Ledi Qaqadan yeni rekord

Ledi Qaqadan yeni rekord
Ledi Qaqadan yeni rekord

Müğənni Ledi Qaqa yeni rekorda imza atıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 27-də satışa çıxardığı albomunun bu həftə “Billboard 200”də birinci sırada dayanması böyük təəccüb doğurub.

Bu, artıq Qaqanın dördüncü albomudur ki, ABŞ reytinqlərində ilk sırada qərarlaşıb. Hisslərini bölüşən ifaçı pərəstişkarlarına təşəkkür edib:
“Mən inana bilmirəm ki, bu siyahıda ilk yeri qazandım”.

Xatırladaq ki, bu statistika albomların satışına əsasən hazırlanır. Bununla yanaşı, şirkət internet üzərindən mahnının yüklənməsini də nəzərə alır.