» » “Üç uşaq anasıyam, xəyanət xəbərləri yazmayın”

“Üç uşaq anasıyam, xəyanət xəbərləri yazmayın”

“Üç uşaq anasıyam, xəyanət xəbərləri yazmayın”
“Üç uşaq anasıyam, xəyanət xəbərləri yazmayın”

Model Demet Şenerin həyat yoldaşı, basketbolçu İbrahim Kutluaydan boşanma ərəfəsində olması ilə bağlı xəbər vermişdik.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ərini xəyanətdə ittiham edərək boşanmaq üçün məhkəməyə müraciət edən Demetə daha bir zərbə gəlib.

Belə ki, 11 illik ailəsini sonlandıran Demet yoqa təlimçisi Edvina Sponzanı ailə dağıtmaqda ittiham etdiyi üçün qarşı tərəfin qəzəbinə tuş gəlib. Məhkəməyə müraciət edən Sponza haqqında yayımlanan xəbərlərin çıxarılmasını tələb edib. O, bildirib ki, üç uşaq anası olaraq tanınır və bu iddialar onun nüfuzuna ciddi zərb vura bilər.

“Etibarım, nüfuzum zədələnir. Belə xəbərlər yazılmasın. Bu ödənməsi mümkün olmayan nəticələr doğuracaq. Yayılan xəbərlər uşaqlarımın psixologiyasına da mənfi təsir göstərir” deyən Edvina Demet Şenerlə olan məhkəməsi ilə bağlı yayım qadağası tələb edib.

Qeyd edək ki, həyat yoldaşından 10 milyon lirə (təxminən 5 milyon AZN) mənəvi təzminat istəyən Şener, Edvina Sponzadan da 500 min lirə (təxminən 260 min AZN) tələb etmişdi.

Xatırladaq ki, Demet Şener də illər öncə Demet Akalın və İbrahim Kutluayın ayrılmasına səbəb olmuşdu.