» » Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər

Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər

Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər
Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər

Aktrisa Nurgül Yeşilçay və aktyor Erkan Petekkaya arasında məhkəmə prosesi baş tutub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor məhkəmədə Nurgülün "Paramparça" serialının çəkilişi zamanı hər kəsin qarşısında onu söydüyünü iddia edib. Bu şikayət səbəbi ilə aktrisanın 2 ilə qədər həbsi tələb edilib.

Petekkaya ifadə verərkən əsəbiləşib və təzyiqinin qalxdığını deyərək oturmaq istəyib:

"Öpüşmə səhnəsi ilə bağlı mübahisə etməmişik. Mən onun iddia etdiyi kimi "Sən öpüşmələrə öyrəşmisən" cümləsini işlətməmişəm. Öpüşmə səhnəsi daha əvvəl çəkilmişdi. Ondan sonra istirahətə getdik, 19:00-da yenidən bir araya gəldik. Ssenariyə görə, Nurgüldən "Gülseren, hansı mahnını sevirsən" soruşdum. O isə mənə məni söydü və çəkiliş meydançasını tərk etdi. Çəkilişi də bitirə bilmədik".

N.Yeşilçay məhkəməyə gəlmədiyi üçün növbəti prosesdə onun məcburi şəkildə zala gətirilməsi üçün qərar verilib.