» » Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi

Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi

Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi
Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi Bred Pitt uşaqları və Ancelina Coliyə himayəlik etmək üçün məhkəməyə müraciət edib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən verdiyi məlumata görə, əvvəllər uşaqlarından ehtiyat edən Bred ailəsi üzərində artıq hüquqi və fiziki nəzarət üçün məhkəməyə müraciət edib.

Hazırda uşaqların hamısı Ancelina Colinin himayəsindədir.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı ildə dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. 2008-ci ildə isə onların əkiz uşaqları dünyaya göz açıb: oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir.
Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılma səbəbi hələki açıqlanmır. Aktrisa ərindən mülk istəmir, əvəzində övladlarının hamısına özü baxmaq istəyir.

Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi