» » Məleykə Əsədova: Atam ad günündə öldü – VİDEO

Məleykə Əsədova: Atam ad günündə öldü – VİDEO

Məleykə Əsədova: Atam ad günündə öldü – VİDEO

ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan Xalq artisti Məleykə Əsədova atasının qadağaları barədə maraqlı açıqlamalar verib.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki,  atasının çox ağır xasiyyəti olduğunu dilə gətirən Xalq artisti uşaq vaxtı qadağaların da çox olduğunu bildirib:

“Bacılarımdan heç birinə Bakıda oxumağa icazə verməmişdi. Mən dedim ki, Bakıya gedib oxuyacam, özü də incəsənət sahəsində. Atam dedi ki, sənə universitetdə oxumağa icazə verərəm, amma incəsənətdə yox. Evdə çox ərköyün uşaq olmuşam. Ağladım, özümü öldürdüm, sonda razılıq əldə etdim. Gördüm, atam incidi. Atama dedim ki, əgər incəsənətə daxil ola bilməsəm, hüquqa verəcəm. 16 yaşımda incəsənət univeristetinə daxil oldum”.

Daha sonra atasının ölümündən danışan Məleykə Əsədova göz yaşlarını saxlaya bilməyib:

“Atamın heç vaxt ürəyi ağrımamışdı. 2-ci kursda oxuyurdum, universitetə teleqram gəldi ki, səni rayondan gözləyirlər. Atamda elə xarakter var idi ki, anamdan da gizli mənə pul verirdi. Özünə nə istəyirsən al. Uşaqların yanında başıaşağı olma deyərdi. Qardaşsız olmağını hiss etdirmə deyə bildirərdi. O, qardaşsızlığımı hiss etdirməməyə çalışdığı vaxtda, məni atasız qoydu. Atam 50 yaşında bağda ad günü vaxtı dünyasını dəyişdi. Atamın səsini eşitməzdik. Baxışı ilə bilərdik nə deyir”.