» » Tarkan gizlicə əməliyyat olundu

Tarkan gizlicə əməliyyat olundu

Tarkan gizlicə əməliyyat olundu
Tarkan gizlicə əməliyyat olundu Daha əvvəl terror hadisələrinə və hava şəraitinə görə konsertləri baş tutmayan müğənni Tarkanın konserti üçüncü dəfə təxirə salınıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin əməliyyat olunmasıdır. Oktyabrın 29-da Monte-Karloda səhnəyə çıxmağa hazırlaşan Tarkan İstanbul xəstəxanalarının birində gizlicə əməliyyat olunub. İfaçı burnundakı müxtəlif səbəblərdən şişən artıq ətləri götürdüb. Bununla da o, nəfəsalma problemini həll edib.

İddialara görə, Tarkan xəstəxanada başqa adla qeydiyyata düşüb. Əməliyyat isə 15 dəqiqə çəkib. İki saat sonra sənətçi evinə buraxılıb və səhhətinin yaxşı olduğu bildirilir.