» » Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”

Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”

Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”
Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”

Aktrisa Cennifer Eniston “Marie Claire” jurnalının dekabr nömrəsinin siması olub.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı aktrisa gəminin göyərtəsində fotosessiya etdirib.

Verdiyi müsahibədə şəxsi həyatından da danışan Cennifer sevgilisi ilə çox xoşbəxt olduğunu deyib:

“Niyə qadına dar çərçivədə baxırlar? Onun sevgilisi olmayanda bunu biarbırçı hesab edirlər. Hazırda Castin Teru ilə çox xoşbəxtəm. O məni sevir və diqqət göstərir. Mən də onun qayğısına qalıram. Düşünəndə ki, onun həyatında nəsə qaydasında deyil, çox pis oluram. O, çox yaxşı insandır”.

Qeyd edək ki, daha əvvəl Cennifer Eniston Hollivud aktyoru Bred Pittlə evli olub. Amma aktyor Hollivud aktrisası Ancelina Coli ilə tanış olaraq Enistondan boşanıb. Boşandıqdan sonra Castin Teru ilə tanış olan Eniston 3 illik münasibət yaşayaraq onunla ailə qurub.

Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”

Bredin keçmiş arvadı: “Düşünəndə ki, həyatında nəsə qaydasında deyil...”