» » Çağla Şikel sevgilisi olmasını inkar etdi

Çağla Şikel sevgilisi olmasını inkar etdi

Çağla Şikel sevgilisi olmasını inkar etdi
Çağla Şikel sevgilisi olmasını inkar etdi

2008-ci ildə ailə qurduğu iki övladının atası, müğənni Emre Altuğdan ötən il boşanan model-aparıcı Çağla Şikelin yeni eşq yaşadığı iddia olunurdu.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, modelin bir çox məşhur markaların sahibi olan Mahmud Ziylanın oğlu Mahmutla sevgili olduğu deyilsə də, o, xəbəri təkzib edib:

"Yazılan xəbərlər tamamilə əsassızdır. Məlumatı yazmazdan öncə araşdırılmasını, bilib-bilmədən başlıqlar yazılmamasını və şəxsi həyatıma hörmət göstərilməsini xahiş edirəm".
Mahmud Ziylanın vəkili də açıqlama verərək məlumatları yalanlayıb:

"Mahmud Ziylan haqqında nəşr olunan xəbərin həqiqət payı yoxdur, xəbər əsassız bir iddiadır, onun etibarını sarsıdacaq tərkibdədir. Mövzuyla əlaqədar ictimaiyyətin doğru məlumatlandırılmasını xahiş edirəm"

Qeyd edək ki, iddialara görə, Şikel və Ziylan 2 ay əvvəl aralarında Hakan Akkaya, Bengü və Öykü Serterin də yer aldığı ortaq dostlar vasitəsiylə tanış olub. Sevgililər ötən çərşənbə axşamı otellərin birində baş tutan tədbirdə birlikdə olublar. Çağla podiuma çıxdığı tədbir bitdikdən sonra məkandan Mahmutla birlikdə ayrılıb.

Onlar gecəyə restoranda davam ediblər. Cütlüyün bir-birini qucaqlayaraq oturması diqqət çəkib.