» » “Pyatnitsa” kanalının aparıcısı Bakıda ideal kişi axtarır - VİDEO

“Pyatnitsa” kanalının aparıcısı Bakıda ideal kişi axtarır - VİDEO

“Pyatnitsa” kanalının aparıcısı Bakıda ideal kişi axtarır - VİDEO

“İdeal kişilər var, sadəcə, onları tapmaq lazımdır”.

“Pyatnitsa” kanalında yayımlanan “Lesya zdesya” (“Lesya burdadır”) verilişinin sloqanı belədir və proqramın növbəti buraxılışı Azərbaycanın paytaxtına həsr edilib. 

ucarliyiq.biz xəbər verir ki, verilişin aparıcısı Lesya Nikityuk yeganə və əvəzolunmaz kişini tapmaq üçün dünya səyahətinə çıxır. O, bir çox ölkələrdə olacaq və müxtəlif ölkələrdən olan prespektivli bəylərin siyahısını tərtib edəcək. Aparıcı tanışlıq üçün ən yaxşı məkanları nümayiş etdirəcək. Aristokrat cənablardan nəyi gözləmək mümkün olduğunu göstərəcək və bəlkə də gələcək həyat yoldaşını tapacaq. Sarışın gözəli qeyri-adi görüşlər, heyranedici təkliflər və açıq söhbətlər gözləyir.

O, veriliş boyunca “Qayğıkeş ərləri harada axtarmaq lazımdır?”, “Romantiklərin məkanı haradır?”, “Əsl kübarlar hansı qapının arxasındadır?” kimi suallara cavab axtaracaq.

L.Nikityukun həmin o yeganə və əvəzolunmazı Bakıda tapacaqmı? Bunu tamaşaçılar “Pyatnitsa” kanalının efirində noyabrın 12-də Bakı vaxtı ilə saat 20:00-da yayımlanan “Lesya zdesya” (“Lesya burdadır”) verilişinə baxdıqda biləcəklər.