» » "Uşaqlar olandan sonra ona sevgim daha da artdı"

"Uşaqlar olandan sonra ona sevgim daha da artdı"

"Uşaqlar olandan sonra ona sevgim daha da artdı"
"Uşaqlar olandan sonra ona sevgim daha da artdı" “Öyle bir geçer zaman ki” serialından Karolin obrazı ilə tanınan aktrisa Vilma Elles iş adamı Kərəm Göyüşlə birlikdə “Hello” jurnalına müsahibə verib.

Ucarliyiq.biz - in məlumatına görə, bu yaxınlarda Milad Aristo Kərəm və Melodi Evita Veronika adlı əkizlərini qucağına alan almaniyalı aktrisa hamiləlik müddətindən və analıq duyğusundan bəhs edib:

“Artıq onlar üçün varam və hər şeyi edərəm. İndi həyatın mənasını daha yaxşı başa düşürəm. Çəkilişlərimə davam edəcəyəm və hara getsəm, uşaqlarımı da özümlə aparacağam. Biz beş uşaq olmuşuq və anamdan uşaqlarla birlikdə necə aktiv yaşamağı öyrənmişəm”.

Vilma hamiləlik çəkilərindən necə xilas olmasından da danışıb:

“Hamilə olarkən 25 kiloqram kökəlmişdim. İndi həmin çəkidən 2-3 kiloqram qalıb. Gündə 20 dəqiqə üzürəm. Başqa idman növü ilə məşğul olmuram, pəhriz saxlamıram. Onsuz da, uşaqlarımı əmizdirməklə 1500 kalori itirirəm”.

K.Göyüş müsahibəsində əkizlərin onların həyatında mühüm dəyişiklik olduğunu bildirib:

“Artıq bir ailə olduq. Çox xoşbəxtik və Allah bizə əkiz övlad bəxş etdi. Biz Vilma ilə dini nikah bağladıq. Xasiyyətimiz uyğun idi və bir-birimizin eynisi idik. Söz vermişik ki, sonsuzadək birlikdə olacağıq. Hazırda isə rəsmi nikahın hazırlıqlarına başlamışıq. Uşaqlar dünyaya gəldikdən sonra Vilmaya olan sevgim daha da artdı”.