» » Şahzadəni özünə aşiq edən aktrisanın sirri

Şahzadəni özünə aşiq edən aktrisanın sirri

Şahzadəni özünə aşiq edən aktrisanın sirri
Şahzadəni özünə aşiq edən aktrisanın sirri

Son zamanlar ən çox danışılan xəbərlər şahzadə Harri və onun aktrisa sevgilisi Meqan Markl haqqındadır.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Meqan şahzadə ilə onun haqqında yazılan xəbərlərdən sonra ilk dəfə özü barədə məlumat vermək qərarına gəlib. Görünür, o, bununla Harrinin ona hansı səbəbdən aşiq olduğunu nəzərə çatdırmaq istəyib.

"Mənim anam terapevt, atam isə televiziya işisi olub. Mən Los-Ancelesdə anadan olmuşam, ona görə, məni kaliforniyalı qız adlandırmaq olar. Uşaqlıqdan anam mənə çətinliyin nə olduğunu anladıb. O, həmişə deyərdi ki, həyatda heç vaxt özün üçün yaşama, dünya üçün yaşa. Mən çətinlik çəkən insanların yanında olmuşam. Meksikada uşaqların palçıq içində oynadığını, bəzilərinin isə evə pul aparmaq üçün saqqız satdığını görmüşəm", - deyə aktrisa bildirib.

Qeyd edək ki, ötən gün şahzadə Harri Meqan ilə arasında sevgi münasibətinin olduğunu rəsmən elan edib.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Xatırladaq ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.

Şahzadəni özünə aşiq edən aktrisanın sirri

Şahzadəni özünə aşiq edən aktrisanın sirri