» » Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

ucarliyiq.biz “Tərkedilmiş” filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülən aktyor Kamran Ağabalayev ilə müsahibəni təqdim edir:

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

- Hazırda hansı film və ya serial üzərində çalışırsınız?

- Hal-hazırda İlahə Şıxlinskaya ilə birlikdə radioda aparıcılıq edirəm. Bu il mənim üçün çox səmərəli keçdi. İlin əvvəlində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan və Ülviyyə Könülün rejissoru olduğu “Həddən artıq uyğunluq” filmində rol aldım. Çəkilişlər Nyu-York, Bakı və Qusarda aparıldı. Dekabr ayının ortalarında filmin premyerası olacaq.

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

Babək Şirinsifətin rejissoru olduğu “Üçüncü günün adamı” filmində baş rolda çəkildim. B.Şirinsifətlə tanışlığımdan sonra aktyorluq karyeramda bir çox müsbət dəyişikliklər oldu.

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

Sonra Türkiyədə Hakan Şahinin “Atçalı Kəl Mehmet” tarixi dramında mənfi qəhrəmanlardan birini oynadım. Daha sonra İsmayıl Səfərəlinin “Dəniz qədər sakitlik” filmində baş rola təsdiq olundum.

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

Seriala gəldikdə isə yalnız “İstanbul sokakları”nda rol almışam.

- Dünyada, eləcə də Azərbaycanda Türkiyə istehsalı olan seriallar çox izlənilir və bəyənilir. Onların içərisində sevərək izlədyiniz və tənqidi münasibət bəslədiyiniz hansısa ekran əsəri varmı?

- Statistikaya nəzər salsaq, serial bazarında Türkiyə Amerikanı üstələyir. Çünki türk seriallarında daha çox insani münasibətlər öndə durur. Mən isə Amerika və Avropa seriallarına üstünlük verirəm.

- İxtisasca hüquqşünassınız. Kino aləminə gəldikdən sonra həmin sahədən tamamilə uzaqlaşmısınız...

- Bəli, düz qeyd etdiniz. Hazırda fikrim tamamilə kino sənətinə yönəlib.

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

- Həyatınızda elə məqamlar olubmu ki, onun filmə çevrilməsini istəmisiniz və sirr deyilsə, bu, hansıdır?

- Həyatımda baş verənləri emosional ehtiyat kimi saxlayıram, filmdə bunlar mənim köməyimə çatır. Bu haqda danışmaq istəmirəm. Həyat o qədər maraqlıdır ki, əminəm, hər bir insan bu barədə düşünür.

- Tanınmışlardan biri söyləyib ki, kino incəsənətin ən bədbəxt sahəsidir. Bu fikirlə razısınız?

- O tanınmış kimdirsə, məncə, yanılıb. Ya kinodakı xoşbəxtliyi hiss etməyib, ya xoşbəxt olmayıb, ya da bu sahəyə təsadüfən gəlib. Çəkiliş meydançası həyatda üç-dörd yerdən biridir ki, mən orada özümü tam xoşbəxt hiss edirəm.

Kamran Ağabalayev: Orada özümü tam xoşbəxt hiss edirəm

- Hüquqşünas, aktyor, dramaturq, ikinci rejissor. Bələd olmadığımız daha hansı istedadınız var?

- Seçimimi aktyor olaraq etmişəm. Azərbaycan kinosu tarixində ilk dəfə 67-ci Kann Beynəlxalq Kinofestivalının “Qısa metr” proqramına daxil edilən “Sonuncu” qısametrajlı bədii filminin ikinci rejissoru kimi çalışmışam.

Həyatımı kinodan, çəkiliş meydançasından kənarda təsəvvür etmək istəmirəm. Digər istedadıma gəldikdə isə mən aktyoram - qatil, həkim, avtomobil ustası və s. ola bilərəm