» » Aktrisa keçmiş ərini məhkəməyə verir

Aktrisa keçmiş ərini məhkəməyə verir

Aktrisa keçmiş ərini məhkəməyə verir
Aktrisa keçmiş ərini məhkəməyə verir

Son zamanlar Bred Pitt və Ancelina Coli haqqında xəbərlər müzakirə obyektinə çevrilib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu cütlük xoşluqla ayrılmaq niyyətində deyil. Belə ki, Bred Pitt uşaqları üzərində himayə haqqında məhkəməyə müraciət etsə də, amma qərar ona qarşı verilib. İndi isə Ancelina daha Breddə qarşı daha bir iddia qaldırmaq istəyir. O, aktyorun uşaqlara qarşı kobud rəftar edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hələ ki, Pittin uşaqlara qarşı bu şiddətinin nədən ibarət olduğu açıqlanmır.

Məlumata görə, Ancelina Coli bununla öz ailəsinin sağlamlığını qorumaq istəyir. O, deyir ki, ayrılıqdan 8 həftə sonra uşaqlar Bredlə ünsiyyət qurmadıqları üçün özlərini daha yaxşı hiss edirlər.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.

Aktrisa keçmiş ərini məhkəməyə verir

Aktrisa keçmiş ərini məhkəməyə verir