» » Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər
Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Aktrisa Ancelina Colinin analıq hüququndan məhrum edilməsi barədə xəbərlər yayılıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Coliyə qarşı səsyazısı peyda olub və bu səsyazısı məhkəməyə təqdim olunsa, uşaqlar onun əlindən alına bilər. Səsyazısının nədən ibarət olması barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ancelina Coli Bred Pittin uşaqlara qarşı kobud rəftarı ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. O, iddia edir ki, Pitt, hətta, bir dəfə Meddoks adlı oğuna əl də qaldırıb.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər

Ancelina Coli analıq hüququndan məhrum edilə bilər