» » Emre Altuğa verilən sual Çağla Şikeli özündən çıxardı

Emre Altuğa verilən sual Çağla Şikeli özündən çıxardı

Emre Altuğa verilən sual Çağla Şikeli özündən çıxardı
Emre Altuğa verilən sual Çağla Şikeli özündən çıxardı

Ötən gün gecə klubundan çıxan zaman jurnalistlərdən birinin suallarına tuş gələn müğənni Emre Altuğ ona verilən suallardan birinə cavab verməkdən imtina edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistin "cici ata olmaq xoşunuza gələrmi?" sualına müğənni "mən çox küsəyən biriyəm. Bu sualınız isə məni əsəbləşdirdi. Gəlin, bir-birimizə hörmət edək" cavabını verib.

Daha sonra Emreyə ünvanlanan sualı eşidən Çağla qəzəblənib. O, jurnalistlərə üzünü tutaraq, onları bir az tərbiyəli olmağa səsləyib.

"Bu, bizim işimizdir" deyərək həddinizi aşmayın. Nə hala qalmısınız ki, insana onu üzəcək sual verirsiniz. Belə bir sualı uşaqlarımın atasına verərək məndən açıqlama gözləyirsinizsə, bununla bağlı tək kəlimə belə eşitməycəksiniz", - deyə model bildirib.

Emre Altuğa verilən sual Çağla Şikeli özündən çıxardı