» » Qreys Kellini özəl edən 6 sirri - (FOTO)

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)
Qreys Kellini özəl edən 6 sirri - fotolar Dünyaca məşhur aktrisa Qreys Kellinin 87 yaşı tamam olur.

Ucarliyiq.biz xarici KİV-ə istinadən məşhur aktrisanı özəl edən 6 maraqlı sirrini təqdim edir:

1. Parlaq şəxsiyyət

Qreys Kelli ömrü boyu bir saç düzümündə gəzib. Orta uzunluqda olan bu saç modeli bu il də dəbdədir. Qreys fotomodel işlədiyi illərdə də, Monako şahzadəsi olanda da bu formada saç düzümü edib. Saç rəngi hər zaman sarı olub. Alnını həmişə açıq saxlayıb.

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)


2. Şahzadə olmaq

Qreys sərt tərbiyə alıb. Atası olimpiya çempionu, anası isə dindar idi. Uşaqlığı ciddi nəzarət altında keçib. Anası onun ideal şahzadə olmasını istəyirdi. Qreys şahzadə olduğu dövrlərdə də ciddi nəzarət altında yaşayıb.

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)


3. İdeal qarderob

Qreysin aktrisalıq yaradıcılığının ilk mərhələsi XX əsrin əvvəllərinə təsadüf edib. O, ən dəbli libaslardan istifadə edib. Aktrisanın libas tələbləri ciddi idi: dəbli olmalıdır, amma Kellinin gözəlliyinin qarşısına keçməməlidir. İnsanlar libasa yox, Kellinin gözəlliyinə heyran qalmalıdırlar. Qreys açıq-saçıq libasları sevmirdi, ona görə də nadir hallarda dekolte paltar geyinib. Gündəlik həyatda isə köynək, sadə kofta və ətək istifadə edib. Xüsusi gecələrdə isə aktrisa bədənində çox bəyəndiyi çiyin hissəsini açıq qoyub.

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)


4. Xırda möcüzələr

Məşhur moda evi “Hermes” şahzadənin şərəfinə “Kelli çantaları” kolleksiyası hazırlayıb. Bahalı olmasına baxmayaraq çantaları almaq istəyən xanımların sayı günü-gündən artıb. Kellinin obrazını əlcəklər, qısa mirvari boyunbağı, şərf, yapışqan sırğalar tamamlayıb.

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)


5. Alicənab hərəkətlər

Qreys az kinoda çəkilməyib. Çox aktrisalar onun rollarını təkrarlamağa çalışıb. Aktrisanın özünəməxsus olan bəzi hərəkətlərini isə heç kim təkrarlaya bilmiyib. Onun incə davranışları, təbii gülüşü həmişə kişiləri heyran qoyub.

Qreys Kellini özəl edən 6 sirri - (FOTO)


6. Okean ehtirası

Rejissor Alfred Hiçkok Qreysə xüsusi diqqət ayırmasının səbəbini heç vaxt gizlətmiyib: “O, qarda püskürən vulkan kimidir. Bu da seksual görünməkdən belə cəlbedicidir”. Kelli filmlərində sevgi səhnələrini o qədər inandırıcı canlandırıb ki, hər zaman tamaşaçını heyran qoyub. Aktrisa şəxsi həyatında da ehtiraslı sevgi yaşayıb.

Qeyd edək ki, Kelli 1982-ci ildə dünyasını dəyişib.