» » İbrahim Tatlısesin qızı açıqlama verdi - "Belə bir şey olmayıb"

İbrahim Tatlısesin qızı açıqlama verdi - "Belə bir şey olmayıb"

İbrahim Tatlısesin qızı açıqlama verdi - "Belə bir şey olmayıb"
İbrahim Tatlısesin qızı açıqlama verdi - "Belə bir şey olmayıb"

İbrahim Tatlısesin müğənni qızı Dilan Çıtak Nişantaşıda gecə klublarından birində başına gələnlərər aydınlıq gətirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, iki həftə bundan öncə baş verən hadisədən sonra susan gənc qız indi açıqlama verərək, heç kimi döymədiyini bildirib.

"Belə bir hadisə olmayıb. Olsaydı, gedib şikayət edərdim. Əlimizdə kamera görüntüləri olardı. Bir də ki, mən kimisə vuracaq qədər zalım deyiləm", - deyə Dilan bildirib.

Qeyd edək ki, iki həftə bundan qabaq gecə klublarından birində müğənni ilə tamaşaçı arasında dava düşdüyü barədə məlumat yayılıb. Məlumata əsasən, Çıtakla tanış olmaq istəyən içkili bir kişi ona yaxınlaşıb. Bir neçə dəfə xoşluqla onu geri döndərən Dilan, sonradan əsəbləşərək əlindəki stəkanı həmin şəxsin üzünə çırpıb.

İbrahim Tatlısesin qızı açıqlama verdi - "Belə bir şey olmayıb"