» » “Pyatnitsa” kanalının aparcısı Bakıda kişilərlə belə tanış oldu - VİDEO

“Pyatnitsa” kanalının aparcısı Bakıda kişilərlə belə tanış oldu - VİDEO

“Pyatnitsa” kanalının aparcısı Bakıda kişilərlə belə tanış oldu - VİDEO

“İdeal kişilər var, sadəcə, onları tapmaq lazımdır”.

“Pyatnitsa” kanalında yayımlanan “Lesya zdesya” (“Lesya buradadır”) verilişinin sloqanı belədir və proqramın növbəti buraxılışı Azərbaycanın paytaxtına həsr edilib. 

ucarliyiq.biz bu barədə 1news.az-a istinadən xəbər verir.

Verilişin aparıcısı Lesya Nikityuk yeganə və əvəzolunmaz kişini tapmaq üçün dünya səyahətinə çıxır. O, bir çox ölkələrdə olacaq və müxtəlif ölkələrdən olan prespektivli bəylərin siyahısını tərtib edəcək. Aparıcı tanışlıq üçün ən yaxşı məkanları nümayiş etdirəcək. Aristokrat cənablardan nəyi gözləmək mümkün olduğunu göstərəcək. 

“Lesya zdesya” (“Lesya burdadır”) verilişinin çərçivəsində L.Nikityukun səfər etdiyi şəhər Azərbaycanın paytaxtı Bakı şəhəri olub. Aparıcı yeganə və əvəzolunmaz kişini tapmaq üçün bulvarda, bazarda, stadionda, Neft daşlarında və s. məkanlarda kişilərlə tanış olub.