» » Aktyor keçmiş həyatına geri döndü

Aktyor keçmiş həyatına geri döndü

Aktyor keçmiş həyatına geri döndü
Aktyor keçmiş həyatına geri döndü

Aktyor Conni Depp haqqında yeni məlumat yayılıb.

Ucarliyiq.biz - in məlumatına görə, cavan həyat yoldaşı Ember Herd ilə qalmaqallı şəkildə boşandıqdan sonra aktyorun 2 uşağının anası Vanessa Paradiyə geri döndüyü iddia edilir.

Cütlük özü bir arada olduqları barədə rəsmi açıqlama verməsə də, onları restoranların birində şam yeməyində çox mehriban şəkildə görüblər.

Qeyd edək ki, Conni Depp və Vanessa 14 il vətəndaş nigahında yaşayıb. Bu müddət ərzində onların birgə münasibətdən 2 övladı dünyaya gəlib. Cütlük evlənmək qərarı aldığı bir ərəfədə, Depp Vanessanı ataraq Ember Herd ilə ailə qurub.

Məlumata görə, cütlüyün yenidən barışmasına səbəb boşanma ərəfəsində Vanessanın Deppin müdafiəsinə qalxması olub.

Aktyor keçmiş həyatına geri döndü