» » "Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri

"Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri

"Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri
"Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri

Aktrisa Ancelina Colinin Bredd Pittdən ayrılması məsələsinə 2003-cü ildə boşandığı həyat yoldaşı, aktyor Billi Bob Tornton münasibət bildirib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Billi Colinin Breddən ayrıldıqdan sonra vəziyyətinin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, aktrisa ayrılıq depresiyası yaşamır.

"Düzdür, biz tez-tez görüşmürük. Amma onunla hələ də dost münasibətindəyəm. Bredlə boşanmadan sonra Coli ilə danışmışam. Hiss elədim ki, o da, uşaqlar da yaxşıdırlar", - deyə Tornton vurğulayıb.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.

Bu yaxınlarda çəkildiyi "Mütəffiqlər" ("Allied") filminin Hollivud premyerasına qatılan Bred Pittin boşanmadan sonra əziyyət çəkdiyi və arıqladığı gözdən yayınmayıb.

"Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri

"Biz onunla hələ də dost münasibətindəyik" - aktrisanın keçmiş əri