» » Fahriye Evcen iki məşhur adla yeni serialda - foto

Fahriye Evcen iki məşhur adla yeni serialda - foto

Fahriye Evcen iki məşhur adla yeni serialda - foto
Fahriye Evcen iki məşhur adla yeni serialda - foto

Aktrisa Fahriye Evcen 2 illik fasilədən sonra ekranlara dönür.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Esaretin bedeli" adlı serialdan gələn təklifi qəbul edib.

"TİMS Production"un çəkəcəyi serialda Fahriyenin tərəf müqabilləri Engin Akyürek və Sarp Levendoğlu olacaq.

Engin həkimlik karyerasından yüksələn, yalnız gözlənilmədən həbsə düşən gənci canlandıracaq. Fahriye isə serialda uşaq vaxtı ürək əməliyyatı keçirən, qardaşları mafiya işlərinə qarışmış vəkil obrazında görünəcək. Ekran işinin "Pis adam"ı isə Sarpın qəhrəmanı olacaq.

"Esaretin bedeli"ində çəkiləcəyi dəqiqləşən digər ad isə Gülcan Arslandır.

Ekran işinin ssenarisini Elif Usman Ergüden yazacaq. O, daha əvvəl "Genco", "Hanımın ciftliği", "Tatlı küçük yalançılar" və "Şeref meselesi" kimi layihələri yazıb.

Rejissor isə Umur Turagay olacaq. Umur "Suskunlar" serialının və bu yaxınlarda təqdim olunan "İkimizin yerine" filminin rejissorudur.

Fahriye Evcen iki məşhur adla yeni serialda - foto