» » Sibel Can 6 il cavanlaşdı

Sibel Can 6 il cavanlaşdı

Sibel Can 6 il cavanlaşdı
Sibel Can 6 il cavanlaşdı Müğənni Sibel Can atası Engin Cangürənin onun yaşını 6 il böyütdüyünü iddia edərək məhkəməyə müraciət edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədlərdə 1964-cü il doğumlu olaraq göstərilən müğənni təvəllüdünün əslində 1970-ci il olduğunu bildirib.

“İstanbul Hüquq Məhkəməsi”ndə 1 ilə yaxındır ki, davam edən işə nəhayət bu gün hökm oxunub. İclasa qatılmayan ifaçını vəkili təmsil edib.

Məhkəmənin qərarına əsasən, Sibel Canın doğum təvəllüdü 1 avqust 1970-ci il olaraq dəyişdirilib.