» » "Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar

"Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar

"Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar
"Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar

"Müttəfiqlər" (Allied) filmində çəkilən Marion Kotiyar jurnalistlərə kadrarxası məqamlardan danışıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, aktrisa tərəf müqabili Bred Pitti tərifləyərək, onun kimi təcrübəli bir aktyorla eyni filmdə rol aldığı üçün məmnunluğunu ifadə edib.

"Biz çəkilişlərə qabaqcadan hazırlaşırdıq. Bred çox əla aktyordur. Onunla oynamaq da rahatdır. Ona görə çəkilişlər zamanı elə də böyük çətinliklərimiz olmadı. Amma bəzi səhnələr var idi ki, onu dəfələrlə məşq etməyimizə baxmayaraq, amma yenə çəkilişdə bizi gülmək tuturdu", - deyə Marion vurğulayıb.

Onun sözlərinə görə, ən çox yadda qalan kadrarxası məqam avtomobilin arxa oturacağındakı öpüşmə səhnəsi olub.

"Biz bu səhnəni bir neçə dəfə məşq etmişdik. Amma hər dəfə yaxınlaşdıqda kimin ilk başlayacağı yaddan çıxırdı. Sonda Bred dedi ki, bu sondur, gəl, öpüşək və biz bir-birimizin gözlərinə baxdıq, öpüşdük", - deyə Kotiyar qeyd edib.

Fransalı aktrisa bundan əvvəl Bred Pitti tanımadığını və bu filmdən sonra onunla dost olduğunu da söyləyib.

"Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar

"Bir-birimizin gözlərinə baxdıq və öpüşdük" - Aktrisa kadrarxası çəkilişdən danışdı + fotolar