» » Azərbaycanın məşhur baxıcısı tövbə etdi

Azərbaycanın məşhur baxıcısı tövbə etdi

Azərbaycanın məşhur baxıcısı tövbə etdi

Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova tövbə edib.

ucarliyiq.biz Modern.az-a istinadla xəbər verir ki, Y.Zeynalova hazırda nəvələrilə məşğul olduğunu deyib.

“Artıq bir ildir ki, baxıcılıq etmirəm. Tövbə etmişəm. Ona görə də qapıya gələn, zəng edib xahiş edənlərin hamısını geri qaytarıram. Nəvələrim olub, vaxtımı onlarla keçirirəm. Hələ ki, Həcc ziyarətinə gedə bilməmişəm. Amma arzumdur ki, gedim. İnşallah, Həccə gedib gələndən sonra yenə sizə müsahibə verəcəm”, - deyə o bildirib.

Y.Zeynalova baxıcılıq etməsə də, elə jurnalistlərin özündən ona çoxsaylı müraciətlər daxil olduğunu deyib.