» » Sibel Can məhkəmənin qərarı ilə yaşını azaltdı

Sibel Can məhkəmənin qərarı ilə yaşını azaltdı

Sibel Can məhkəmənin qərarı ilə yaşını azaltdı

İllər əvvəl səhnəyə çıxa bilməsi üçün atası Engin Cangürenin məhkəmənin qərarı ilə yaşını 6 yaş böyütdüyü Sibel Can 32 il sonra yenə məhkəmə qərarı ilə yaşını azaldıb.

ucarliyiq.biz - in Hürriyet-ə istinadla xəbərinə görə, doğum şəhadətnaməsində təvəllüdü 1964-cü il kimi qeyd olunan Sibel Can, əslində, 1970-ci il doğum tarixli olduğunu ifadə edərək yaşının azaldılmasını istəmişdi.

İstanbul Asliye Hüquq Məhkəməsində təxminən 1 ildir davam edən prosesdə ötən gün qərar verilib. Məhkəmə prosesinə qatılmayan ifaçını vəkili təmsil edib.

Məhkəmə Sibel Canın doğum tarixinin 1 avqust 1970-ci il olaraq düzəldilməsinə qərar verib.