» » Böyük bədənli model “Barbi” gəlinciyinin yeni prototipi oldu

Böyük bədənli model “Barbi” gəlinciyinin yeni prototipi oldu

Böyük bədənli model “Barbi” gəlinciyinin yeni prototipi oldu

“Plus-size” model Eşli Qrem “Barbi” gəlinciyinin prototipi olub.

ucarliyiq.biz bu barədə “Yahoo News”a istinadən xəbər verir. 

Model oyuncağı “Glamour” jurnalının illik “Women of the Year” (“İlin qadını”) mükafatında təqdim edib.  

29 yaşlı Qrem bildirib ki, “Eşli-Barbi”nin xarici görünüşü üzərində aparılan işi şəxsən izləyib. Gəlinciyin bədən quruluşunun onda olduğu kimi həcmli olmasının vacib olduğunu vurğulayıb. 

O, hətta gəlinciyin inandırıcı görünməsi üçün selülitlə təchiz etməyi xahiş etdiyini də bildirib, amma istehsalçılar bunun mümkün olmadığın deyiblər.  


 

Фото опубликовано A S H L E Y G R A H A M (@theashleygraham) Ноя 15 2016 в 7:50 PST


Gəlincik üçün Qremin bir tədbirə qatılarkən geyiminə bənzər geyim də hazırlayıblar, bura “Opening Ceremony” libası, “Sonia Rykiel” cins jaketi, “Pierre Hardy” batilyonları daxildir. 


 

Видео опубликовано A S H L E Y G R A H A M (@theashleygraham) Ноя 14 2016 в 4:48 PST


“Biz gözəllik haqqında qlobal təsəvvürü dəyişmək üçün bir yerdə işləməliyik. “Barbi”nin istehsalçılarının sərhədləri genişləndirən qadınları dəstəklədikləri üçün sevindiyini bildirib. Plastikdə əbədiləşdirmək böyük şərəfdir”, - deyə Qrem bildirib.