» » Elza Seyidcahanın növbəti qeyri-adi ifası tənqid olundu - VİDEO

Elza Seyidcahanın növbəti qeyri-adi ifası tənqid olundu - VİDEO

Elza Seyidcahanın növbəti qeyri-adi ifası tənqid olundu - VİDEO

Əməkdar artist Elza Seyidcahan “Xəzər” televiziyasında təqdim olunan “5-də 5” verilişinin qonağı olub.

ucarliyiq.biz xəbər verir ki, canlı yayımda Mikayıl Müşviqin “Yenə o bağ olaydı” adlı məşhur şeirinə bəstələnmiş mahnını qeyri-adi şəkildə ifa edən E.Seyidcahan ictimai mediada müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri müğənninin ifasını tənqid ediblər.

Xatırladaq ki, ifaçı illər əvvəl də həmin mahnının səsləndirmiş və o zaman da müzakirələrə səbəb olmuşdu.

Bir neçə gün öncə isə himnizin sözlərini təhrif edilmiş şəkildə ifa edən Əməkdar artist ictimaiyyətin qınağına tutulmuş, Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətasına görə müğənniyə himnin həmin formada səsləndirilməsinin düzgün olmadığı bildirilmiş, üzvü olduğu Bəstəkarlar İttifaqı tərəfindən də tənqid olunmuşdu.

Elza Seyidcahan müsahibələrindən birində isə himnimizi bilərəkdən səhv oxuduğunu söyləmişdi:

“Həmin video himnimizi səhv oxuyanlara bir mesaj idi. Elzanın bir səhvi böyük layihədir. Məhz 9 noyabr - Bayraq günündə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində bu fikri həyata keçirdik. Şuarımız “Himnimizi əzbərləyək” idi”.