» » Kənan M.M. Türkiyədə filmə çəkilib – VİDEO

Kənan M.M. Türkiyədə filmə çəkilib – VİDEO

Kənan M.M. Türkiyədə filmə çəkilib – VİDEO

Rejissor Kənan M.M. Türkiyədə “Oldumu şimdi?” adlı komediya janrında filmə çəkilib. 

ucarliyiq.biz xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat yayıb.

Ekran əsərinin ssenari müəllifi Ali Kobanbay, rejissoru Kenan Öztürkdür. Film üçün musiqini Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Vüsalə Hikmət bəstələyib. Ekran işinin prodüseri həmyerlimiz İkram Əhmədovdur.

Filmdə Yavuz Seçkin, Orhan Aydın, Seda Güven və digərləri rol alıb.

Kənan M.M. Türkiyədə filmə çəkilib – VİDEO

Premyerası dekabrın 16-da baş tutacaq filmin məzmunu belədir: Həyatı səhv anlaşılmalar ucbatından həmişə məhv olan Yaşar həbsə girir. Həbsxanada Ömər ilə tanış olur və onlar yaxın dost olurlar. Həbsdən çıxdıqdan sonra bir neçə dəfə fırıldaqçılıq edirlər. Lakin hər dəfə işlər pis gedir və yenidən həbsə girirlər. Ən son çıxışlarında bezib, tövbə edirlər. Tövbə etmək üçün məscidə getdikləri gün xeyirxahlıq məqsədilə qaldırdıqları cənazə başlarına taleh quşu kimi qonur. Sən demə, mərhum tanınmış iş adamı imiş və sağ ikən vəsiyyət edib ki, cənazəmi kim qaldırsa, mirasım da onundur. Beləliklə, Yaşar və Ömər beynəlxalq nəqliyyat işləri həyata keçirən bir firmanın rəhbəri olur. Lakin işlər o qədər yolunda getmir...