» » "Bred Pitt mənimlə sevgili deyil" - Marion Kotiyar

"Bred Pitt mənimlə sevgili deyil" - Marion Kotiyar

"Bred Pitt mənimlə sevgili deyil" - Marion Kotiyar
"Bred Pitt mənimlə sevgili deyil" - Marion Kotiyar

"Müttəfiqlər" (Allied) filmində çəkilən fransalı aktrisa Marion Kotiyar Bred Pittlə arasındakı münasibətdən danışıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, aktrisa onlar arasında sevginin olması iddialarını rədd edərək Pittlə ancaq iş münasibətləri olduğunu vurğulayıb.

"Bredin hansısa aktrisa ilə sevgili olmasının mənə aidiyyatı yoxdur. O, gözəl aktyordur və mən də onunla ancaq işlə bağlı əlaqə saxlayıram. Bizi başqa heç nə birləşdirmir", - deyə Marion əlavə edib.

Qeyd edək ki, Pittə yaxın mənbə ötən gün "Grazia" jurnalına açıqlama verərkən onun məşhur aktrisa ilə sevgili olduğunu söyləyib. Mənbə deyib ki, əvvəllər Bred Ancelina ilə ayrılığa təəssüflənsə də, amma indi tək qalmaq istəyir:

"Pitt artıq Coli ilə barışmaq niyyətində deyil. Onun başqa bir məşhur aktrisa ilə sevgi münasibəti var. Mən söz vermişəm ki, həmin aktrisanın adını onların icazəsi olmadan açıqlamayacam. Təkcə onu deyə bilərəm ki, hər ikisi bir-birini dəlicəsinə sevir".

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.