» » Ebru Gündeşin atası da bu xəbərlərə əsəbiləşdi

Ebru Gündeşin atası da bu xəbərlərə əsəbiləşdi

Ebru Gündeşin atası da bu xəbərlərə əsəbiləşdi
Ebru Gündeşin atası da bu xəbərlərə əsəbiləşdi

Futbolçu Ufuk Ceylanla sevgili olduğu barədə şayiələr yayılan müğənni Ebru Gündeşdən sonra atası Remzi Gündeş də bu barədə açıqlama verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 72 yaşlı R.Gündeş yayılan iddialara sərt şəkildə etiraz edib:

"Reytinq üçün nə gəldi yazanda insanların ailəsi və uşağı olduğunu unutmayın. Qızımı sorğu-sual etmək iki qəpiklik adamlara qalmadı. Ebru şəhid nəvəsidir. Susursa, düşdüyü vəziyyətə görədir".

Qeyd edək ki, E.Gündeşin həyat yoldaşı Rza Zərrab ABŞ-da həbsdədir. Ebru ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.