» » Mişel Obamanın modelyeri Melaniya Trampla işləməkdən imtina etdi

Mişel Obamanın modelyeri Melaniya Trampla işləməkdən imtina etdi

Mişel Obamanın modelyeri Melaniya Trampla işləməkdən imtina etdi

Müştərilərindən biri Mişel Obama olan fransalı modelyer Sofi Tele ABŞ-ın yeni birinci xanımı Melaniya Trampla işləməkdən imtina edib.

ucarliyiq.biz - in məlumatına görə, müvafiq bəyanat açıq məktubda Sofinin Twitter səhifəsində yerləşdirilib.

““Sophie Theallet” brendi diskriminasiya və ayrı-seçkiliyə qarşıdır (...) Bu ölkədə miqrant olmağıma baxmayaraq mən öz arzularımı həyata keçirdim. Birinci xanım Mişel Obamanı səkkiz il ərzində geyindirmək mənim üçün şərəf idi”, - dizayner yazır.

Tele həmçinin qeyd edir ki, “fərdi azadlığa və digər insanların həyat tərzinə hörmət ilə yanaşan” bir insan kimi o gələcək dövlət başçısının xanımı geyindirmək və onunla əməkdaşlıq etmək niyyətində deyil.

“Onun həyat yoldaşının seçki qabağı təşviqatda dini irqçilik və ksenofobiya ilə bağlı ifadələri bizim həyat dəyərlərimizə ziddir”, - Sofi Tele bəyan edib.