» » Nadir stüardessa ilə dava etməsi xəbərindən danışdı

Nadir stüardessa ilə dava etməsi xəbərindən danışdı

Nadir stüardessa ilə dava etməsi xəbərindən danışdı

Mətbuatda müğənni Nadir Qafarzadə ilə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub.

Məlumatı dəqiqləşdirmək üçün ucarliyiq.biz - in əməkdaşı müğənni N.Qafarzadə ilə əlaqə saxlayıb.

İfaçı yayılan xəbəri təkzib edib:

“Əvvəlcə bildirim ki, mən “Aeroflot”la yox, digər hava yolu ilə uçuş etmişəm. Bu xəbər isə kökündən yalandır. Bu tip xəbərləri mənim düşmənlərim yayır. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, haqqımda hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar”.

Qeyd edək ki, bu gün mətbuatda N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etməsi barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, mübahisəyə səbəb Nadirin əlavə spirtli içki istəməsi olub.