» » "Gecikmiş məktuba görə, adım Hadisədir" - (FOTO)

"Gecikmiş məktuba görə, adım Hadisədir" - (FOTO)

"Gecikmiş məktuba görə, adım Hadisədir" - (FOTO)
"Gecikmiş məktuba görə, adım Hadisədir" - fotolar Müğənni Hadisə ötən gün sevənləri üçün konsert verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, imicində dəyişiklik edən ifaçı bunun nə depresiya, nə sevgi, nə də ayrılıqla bir əlaqəsinin olduğunu deyib.

"Sarı saçı olan xanımlar bilirlər ki, bu tip saçları qorumaq çətindir. Ona görə saç rəngimi qonur etdim", - deyə müğənni səhnə arxasında jurnalistlərə bildirib.

Adı ilə bağlı da danışan Hadisə əslində bunun gecikmiş bir məktubla bağlı olduğunu qeyd edib:

"Babam ana və atama məktub yazıb. Deyib ki, qızınız olsa, adını Hadisə qoyun. Anamın ilk qızı olub. Amma o zaman məktub valideynlərimə çatmayıb. Ona görə bacımın adını Hülya qoyublar. Atam söyləyib ki, ikinci övladım qız olsa, adını Hadisə qoyacam. Mən oldum və gecikmiş məktuba görə, adım Hadisədir".

"Gecikmiş məktuba görə, adım Hadisədir" - (FOTO)

"Gecikmiş məktuba görə, adım Hadisədir" - (FOTO)