» » Stinq övladlarını mirasından hansı səbəbə görə məhrum edib?

Stinq övladlarını mirasından hansı səbəbə görə məhrum edib?

Stinq övladlarını mirasından hansı səbəbə görə məhrum edib?

Dünyaca məşhur musiqiçi Stinq Fransanın “France 2” telekanalının “Çay və ya qəhvə” adlı  səhər proqramının qonağı olub.

ucarliyiq.biz xəbər verir ki, verilişin aparıcısı Catherine Ceylac ifaçıya “Uşaqlarınızı hansı səbəbdən mirasınızdan məhrum etmək istəyirsiniz?” sualını ünvanlayıb.

6 uşaq atası Stinq “Uşağa böyük məbləğdə pul versəniz, bəlkə də bir daha işləməyəcək. İnkişaf etmək üçün şövqünü, enerjisini və onu hərəkətə keçirən səbəbi itirəcək”.

Çətinliklərlə qarşılaşsalar uşaqlarına kömək edəcəyini söyləyən müğənni “Gözəl ayaqqabıları, geyimləri, yaxşı təhsilləri var, amma böyük bir miras almağı gözləmirlər” deyib.