» » Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram

Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram

Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram

“Bizim dostluq münasibətimiz var, Fəxrəddin mənim qardaşımdır. O, çox yaxşı aktyordur”.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.

Konrat bildirib ki, F.Manafov onu uşaq kimi aldadıb:

“Onunla yenidən bir layihədə iştirak etmək istərdim. Ancaq təssüf ki, belə söz-söhbətlər yarandı. Bacı-qardaş arasında belə anlaşılmazlıqlar olur. Fəxrəddindən çox incimişəm. Məsələ ilə bağlı bir dəfə açıqlama vermişəm. Məni aldatdılar, “Təhminə 2” filminin tanıtım çəkilişlərinin olacağını dedilər. Sən demə, klip çəkilişi imiş. Zülfiyyə Xanbabayeva çəkiliş zamanı mənə heç nə demədi. O xanım mənə dedi ki, filmin musiqilərini hazırlayıram, çox həyəcanlıyam.

Mən də söyləyirəm ki, bu xanım kimdir? Deyirlər ki, Azərbaycanın məşhur müğənnisidir. Mən də onların dediklərinə inanıram. Zülfiyyə xanım düzgün danışmalı idi. Deməlidir ki, Meral xanım, sizi klipimə çəkmək istəyirəm. Məni uşaq kimi aldatdılar, bu işdən pul belə almadım. Fəxrəddinin sözlərinə güvənərək Bakıya gəldim. Ona birinci dedim ki, ssenari hardadı? Cavab verdi ki, Bakıya gəl, tanıtım filminin çəkək, sonra danışarıq. İşə bir də Zülfiyyə xanım alət olub.

Fəxrəddin telefon zənglərimə cavab vermirdi. Daha sonra “Nərgiz” jurnalının çəkilişi üçün Bakıya gəldim. Fəxrəddinlə birgə pozalar verdik. Bu məsələni açmaq istədim, alınmadı. Soruşa bilmədim. İnsan qardaşına belə əsəbiləşir. Ən azından üzr istəməli idi. Mən məhkəməyə verib, təzminat tələb edə bilərəm. Amma Fəxrəddinə görə susuram”.

Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram

Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram

Meral Konrat: Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram