» » Aygün Kazımovanın “Instagram” səhifəsi rəsmi olaraq təsdiqləndi

Aygün Kazımovanın “Instagram” səhifəsi rəsmi olaraq təsdiqləndi

Aygün Kazımovanın “Instagram” səhifəsi rəsmi olaraq təsdiqləndi

Xalq artisti Aygün Kazımovanın “Instagram”dakı səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.

ucarliyiq.biz xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsi olan “İnstagram” sahibləri bu dəqiqələrdən etibarən A.Kazımovanın 434 min izləyicisi olan hesabında simvolik mavi işarəni qoyublar. Bununla da, sözügedən şəbəkə adminləri Xalq artistini rəsmən tanıdıqlarını təsdiqləyiblər.

Prodüser Tolikin sözlərinə görə, xalq artistinin adı ilə bağlı olan rəsmi səhifənin təsdiqlənməsində onun da əməyi var:

“Aygün xanımı təbrik edirəm, səhifəsi “Instagram” administratorluğu tərəfindən rəsmən tanındı. Kim səhifəsini təsdiq etmək istəsə, mənə müraciət edə bilər. Amma təbii ki, özünə hörmət edən sima olmalıdır. Azərbaycanda bu işi bacarmayan, ancaq məşğul olan çox adam var. Bəziləri yalandan insanları gözlədirlər. Ona görə bu işi özüm öhdəmə götürmək istədim”.

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinin “fake”, yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür.

Aygün Kazımovanın “Instagram” səhifəsi rəsmi olaraq təsdiqləndi