» » Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

ucarliyiq.biz Publika.az-a istinadla ömründə bir dəfə də olsun evlənməyən, ömürlərini tənha başa vuran məşhurların siyahısını təqdim edir:

Ustad xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Tələbələrinin dediyinə görə, gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

İlk qadın bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ Xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Məhəmməd Hadi. Şair 41 yaşında dünyasını dəyişib.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası Hüseyn Cavidin xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar


Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Akademik Azad Mirzəcanzadə. 80 yaşında həyatdan köçüb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Həmkarı, məşhur rəssam Maral Rəhmanzadə ilə nakam sevgi yaşayıb.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar

Arif Babayev, rejissor. 54 yaşında dünyasını dəyişib. Əslən yəhudi olan ərli qadınla uzun illər sevgi yaşayıb. O qadına görə ömürlük subay qalmağa üstünlük verib.

Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar