» » Bahar Lətifqızı: 14 il övladım olmadı, iki dəfə boşandım - VİDEO

Bahar Lətifqızı: 14 il övladım olmadı, iki dəfə boşandım - VİDEO

Bahar Lətifqızı: 14 il övladım olmadı, iki dəfə boşandım - VİDEO

Tanınmış müğənni Bahar Lətifqızı “Şou məkan” verilişinin qonağı olub.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, sənətçi üçüncü övladının olması barədə yayılan xəbərlərə də münasibət bildirib:

“O, mənim oğlum kimidir. Qardaşlığım Çingizin övladıdır. Bizim ailəvi dostluq münasibətlərimiz var. Verilişə baxanlar baxmayanlara desin, rica edirəm. İstəmirəm ki, belə şayiələr olsun. “Baharın Tunar adlı oğlu var, gizlədir” kimi sözlər eşitmək istəmirəm. 14 il övladım olmayıb.

Heç bir qıza, oğlana, anaya arzulamıram ki, övladı ailə qursun və 14 il həsrətlə gözləsin ki, mənim uşağım nə zaman olacaq? Ancaq bu mənim əlimdə olan bir şey deyildi. Kənardan bir qədər kinayə ilə baxırlar, lağ mənasında danışırlar. Belə demək olmaz. Özüm üçün demirəm, nə deyirsiz deyin! Yenə də Allah canınınzı sağ etsin”.

İfaçı 2 dəfə ailəsinin dağılması və ayrılma səbəblərini açıqlayıb:

“14 il övladım olmadı, mən də arzulayırdım ki, mənim də övladım olsun. Ona görə də, iki dəfə ayrılmışam. Heç kim deyə bilməz ki, onun qızı gələcəkdə nə olacaq. Onu ancaq Allah bilir”.