» » Adel səhnədən gedir
Adel səhnədən gedir

Məşhur britaniyalı müğənni Adel səhnədən uzaqlaşır.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, o, ikinci dəfə ana olmağa hazırlaşdığını deyib.

“Uşaq dünyaya gətirməyə hazırlaşıram. Yarım il sonra səhnəyə qayıdacağam. Məndən canınızı qurtara bilməyəcəksiniz”, - deyə Adel qeyd edib.

Xatırladaq ki, sənətçi 5 illik sevgilisi Simon Konecki ilə rəsmi nikah bağlamayıb. Cütlüyün 3 yaşında Angelon adlı bir oğlu var.