» » Azərbaycan efirində söyüşlü dava - VİDEO

Azərbaycan efirində söyüşlü dava - VİDEO

Azərbaycan efirində söyüşlü dava - VİDEO

ARB-nin efirində yayımlanan “Ferma” realiti şousunda növbəti böyük qalmaqal baş verib.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə iştirakçılar Nərmin Məmmədova ilə İbrahim İbrahimli arasında dava olub.

Ötən bölümlərdə Nərmin Məmmədova seçəcəyi yeni idarəçi barədə Elnarə Abbasova ilə söhbət edib, Fərid Əliyevə səs verməyəcəyini deyib.

Onun Fəridi Elnarə ilə müzakirə etməsi oğlan qrupunun yeni üzvü olan İbrahim İbrahimlinin etirazına səbəb olub.

Nərmin bağlanmış mövzunu yenidən açıb, İbrahim əsəbilərini cilovlaya bilməyərək mübahisə etməyə başlayıb. O, xanım iştirakçıya hücum etmək istəyib.

Nərmin bəy iştirakçının ünvanına kobud sözlər deyib, onu daşlamağa başlayıb. Davaya digər iştirakçılar müdaxilə etməyə başlayıblar, Nərmini qızlar otağına gətiriblər. İştirakçılar Nərmini cərimələnəciyi barədə xəbərdarlıq edib.

Əsəbiləşən iştirakçı “Tüpürərəm cəriməyə” deyərək sobaya təpik vurub.

Nərmin Məmmədova qaydaları 100 faiz pozduğuna görə “Ferma”dan uzaqlaşdırılıb. Onun 2 il ərzində qazandığı bütün pullar sıfıra endirilib.