» » Nikol Kidman analıq hissiyatından danışdı

Nikol Kidman analıq hissiyatından danışdı

Nikol Kidman analıq hissiyatından danışdı
Nikol Kidman analıq hissiyatından danışdı Aktrisa Nikol Kidman yeni çəkilmiş "Lion" (Şir) filmi ilə əlaqədar jurnalistlərlə görüşüb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, filmin sujet xəttindən və oynadığı obrazdan danışan Nikol məmnunluğunu bildirib.

"Kino bir Syu adlı hindli oğlan haqqındadır. O, səhvən bir qatara minir və min kilometr evindən aralı düşür. Onu 25 il avstraliyalı bir ailə saxlayır. Lakin böyüdükdən sonra Syu doğma valideynlərinin axtarışına çıxır", - deyə aktrisa danışıb.

Kidman filmdə Syunu böyüdən ana obrazındadır. O, analıq hissiyyatı haqqında bunları deyib:

"Mənə hər cür ana olmaq qismət olub. Həm doğma övladlarım olub, həm himayə etdiklərim. Analıq hissi məndə sanki uşaqlıqdan var".

Nikol Kidman analıq hissiyatından danışdı