» » Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin “Aşk-i Memnu”, “Arka sokaklar”, “Emret komutanım”, “Mavi kelebekler”, “Aşk-ı Memnu”, “Sırlar dünyası” kimi məşhur seriallarında rol alan aktyor Münir Akça vəfat edib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, evinin pilləkənindən yıxılan aktyor qonşuların köməyi ilə xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun cənazəsi ekspertizya üçün Trabzon Ədli Tibb Təşkilatına göndərilib.

1951-ci ildə Orduda doğulan Münir Akça 1990-ci ildə Ordu Bələdiyyəsi Karadeniz Teatrında sənət həyatına başlayıb. Daha sonra Bakırköy Bələdiyyəsi Teatrında aktyorluq və rejissorluq edib.