» » Kıvançın anası həmin öpüşmə səhnəsi haqda:"Gəlinimi incitmişəm

Kıvançın anası həmin öpüşmə səhnəsi haqda:"Gəlinimi incitmişəm

Kıvançın anası həmin öpüşmə səhnəsi haqda:"Gəlinimi incitmişəm
Kıvançın anası həmin öpüşmə səhnəsi haqda:"Gəlinimi incitmişəm

Kıvanç Tatlıtuğ və Başak Dizerin "Cesur ve Güzel" serialındakı öpüşmə səhnəsi ilə bağlı müzakirə bitmir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Kıvançın anası Nurten Tatlıtuğ həmin görüntünü paylaşaraq "İlin ən yaraşan cütlüyüsünüz, maşallah olsun" yazıb. Lakin onun bu paylaşımı birmənalı qarşılanmayıb və gəlini, Kıvançın xanımı Başak Dizerə mesaj kimi qiymətləndirilib.

Oğlunun toyuna getməyən, sosial şəbəkədə gəlinini izləməyən və heç bir paylaşımı bəyənməyən Nurtenin bu addımı Başakı bəyənmədiyinin növbəti sübutu adlandırılıb. Lakin N.Tatlıtuğ "Renkli sayfalar" proqramına qatılaraq buna aydınlıq gətirib:

"Başaka mesaj deyildi. Kıvanç və Tuba serialda bir-birlərinə yaraşırdılar, mən də onu söylədim. Tubanı heç tanımıram. İzlədiyim anda yazdım həmin qeydi. Ağlımı itirməmişəm. Başaka əsla etirazım yoxdur. Onun inciməsini, yaralanmasını istəmirəm. Gəlinimi incitmişəm, səhv elədim".

Qeyd edək ki, Nurten toydan sonra indiyə qədər gəlini ilə bir araya gəlməyib.

Kıvançın anası həmin öpüşmə səhnəsi haqda:"Gəlinimi incitmişəm