» » Rza Zərrab Türkiyəni tərk etdi - boşanma iddiası

Rza Zərrab Türkiyəni tərk etdi - boşanma iddiası

Rza Zərrab Türkiyəni tərk etdi - boşanma iddiası
Rza Zərrab Türkiyəni tərk etdi - boşanma iddiası Müğənni Ebru Gündeşlə azərbaycanlı iş adamı Rza Zərrabın ayrılacağı haqda söz-söhbətlər bitmir.

Ucarliyiq.biz - in məlumatına görə, ifaçının köməkçisi yayılan şayiələrin əssasız olduğunu desə də, bu gün Türkiyə mediası yenidən ayrılıq xəbərini gündəmə gətirib.

Ebruyla Rzanın evliliyinin təhlükə altında olmasını göstərən yeni səbəb isə Rzanın şayiələrin yayıldığı bir vaxtda ölkəni tərk etməsidir. Belə ki, Gündeşin boşanmaq istədiyi, amma qızına görə bu addımı ata bilmədiyi xəbəri gündəmə düşdükdən sonra R.Zərrab uzun müddətdir tərk etmədiyi Türkiyədən Dubaya gedib.

Bəzi şou saytlarına görə, bu, onların arasındakı gərginliyinin növbəti mərhələsidir.

Qeyd edək ki, mediada ulduz ifaçının bədxərcliyinin iş adamını bezdirdiyi üçün cütlüyün boşanacağı iddia edilmişdi.